ELM VƏ TƏHSİL


“Yeni çağırışlar”da təhsildə yenilik, dəyişiklik və yaradıcılıq barədə danışılacaq

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramın budəfəki qonağı “HundrED” qlobal təhsil təşkilatının yaradıcısı və rəhbəri, sahibkar, kreativ direktor və yazıçı Saku Tuominen olacaq. Saku Tuominen ilə təhsildə yenilik, dəyişiklik və yaradıcılıq barədə danışılacaq.

Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram nazirliyin feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Qeyd edək ki, “HundrED” qlobal təhsil təşkilatı hər il dünyada 100 ən ilhamverici və innovativ ideyanı araşdırıb paylaşır. Genişmiqyaslı innovasiyaların tətbiq edilməsində kömək göstərərək məktəblərin inkişafına töhfə verir. Saku Tuominen “Yaradıcı zəka”, “Yaradıcıllığın ABC-si”, “Yaxşı həyat”, “İdeyalar necə meydana çıxır?”, “Məktəb tətilləri”, “İş dəftəri” kitablarının müəllifi və ya həmmüəllifidir. 1989-cu ildən Finlandiyada uğurlu televiziya proqramları istehsal edən “Brodkasters” şirkətinin əsasını qoyanlardan biridir. 2009-2010-cu illərdə Londonda yerləşən dünyanın 3-cü ən böyük televiziya şirkəti “Zodiak entertainment”in baş kreativ direktoru olub. Televiziya sahəsində 20 illik təcrübəsi ilə çox sayda layihənin və verilişin müəllifidir. 2009-cu ildə yeni ideyalar istehsal edən “Idealist Group”u yaradıb. Şirkətin əsas hədəfi hərtərəfli planlanmış güclü ideyalarla dünyanı dəyişməkdir. Helsinkidə yerləşən “Financier Group” restoranlar şəbəkəsinin və rəqəmsal restoran bələdçisi “World Of Mouth”un həmtəsisçisi və kreativ direktorudur. Aalto Universitetində yaradıcılıq və innovasiya mövzusunda dərs deyir. 2021-ci ildə “İlin natiqi” adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.