REGİONLAR


Yeni dərs ilində Astarada daha bir məktəbdə peşə təmayüllü sinif fəaliyyət göstərəcək

Astara, 6 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Təhsil Nazirliyinin həyata keçirdiyi “Ümumtəhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili layihəsi” çərçivəsində 2020-ci ildən Astara şəhər 5 nömrəli tam orta məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir. Məktəbdə yaradılan peşə təmayüllü siniflərə yeni ixtisaslar əlavə olunub. Şagirdlərə “dərzi köməkçisi”, “aşpaz köməkçisi”, “santexnik” və “dülgər köməkçisi” modulları ilə yanaşı, “aqronom” və “informasiya texnologiları” ixtisası da tədris ediləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni tədris ilində Astara rayonunun ümumtəhsil məktəblərinin daha birində - Vaqo kənd tam orta məktəbində peşə təmayüllü sinif təşkil olunacaq.

Məktəbin 10p sinfində 20 şagird peşə təmayüllü siniflərdə təhsillərini davam etdirəcək.

İlkin mərhələdə oğlanlar “çilingər”, qızlar isə “dərziçilik” peşələrinə yiyələnəcəklər. Sonrakı mərhələdə isə oğlanlar “dülgər”, qızlar isə “aşpaz” peşəsi üzrə təhsil alacaqlar.

Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər həm tam orta təhsil haqqında attestata, həm də müxtəlif peşələrə yiyələnəcəklər.

Qeyd edək ki, Təhsil Nazirliyinin həyata keçirdiyi “Peşə təmayüllü siniflərin təşkili” layihəsi 2019-2020–ci tədris ilindən fəaliyyətə göstərir.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd, ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.

Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.