REGİONLAR


Yeni dərs ilində Şirvan şəhər məktəblərində 13 min 470 şagird təhsil alacaq

Şirvan, 10 sentyabr, Mahir Babayev, AZƏRTAC 

Bu il Şirvan şəhərinin ümumtəhsil məktəblərinin XI sinfini bitirən şagirdlərdən 1 nəfəri qızıl, 1 nəfəri isə gümüş medala layiq görülüb. 32 məzun 600-dən çox bal toplayaraq respublikanın müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şirvanda keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında danışılıb.

Şəhər təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev bildirib ki, hazırda Şirvanda 16 təhsil ocağı fəaliyyət göstərir. Yeni dərs ilində bu məktəblərdə 13 min 470 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 1000 nəfərdən çox müəllim məşğul olacaq.

Diqqətə çatdırılıb ki, bu il ümumtəhsil məktəblərini bitirən 721 şagirddən 468 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 353-ü respublikanın müxtəlif təhsil müəssisələrinə qəbul olunub.

Şəhər icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov Şirvanda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən söz açıb, son illərdə bir neçə məktəbin əsaslı təmir edildiyini bildirib.

Sonda ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlara qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.