REGİONLAR
Yeni dərs ilində Yardımlıda üç yeni məktəb binası istifadəyə verilib
Yardımlı, 15 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Bilik Günü Yardımlı rayonunun Qaraqaya kənd tam orta məktəbi üçün inşa edilmiş ikimərtəbəli, 120 şagird yerlik, Peştəsər kənd ümumi orta məktəbi üçün quraşdırılmış 80 və Çanaqbulaq kənd tam orta məktəbi üçün tikilmiş 56 şagird yerlik yeni məktəb binaları istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər üç məktəb lazımi avadanlıq və məktəb ləvazimatları ilə təmin edilib. Şagirdlərin yeni məktəb binalarında yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Bilik Günü yeni məktəblərin açılış mərasimində çıxış edənlər müəllimləri və şagirdləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara təhsildə uğurlar arzulayıblar.
Çıxışlarda qeyd olunub ki, son illər Yardımlıda 40-dan çox yeni məktəb binası tikilərək istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, rayonda ali məktəblərə qəbul olan məzunların sayı ildən-ilə artır.