ELM VƏ TƏHSİL


Yeni dərs ilinə hazırlıq

Bakı, 14 sentyabr, AZƏRTAC

Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində paytaxtda bir sıra məktəb binaları, tədris korpusları inşa olunub, əsaslı və cari təmir işləri aparılıb.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılıb. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb binası inşa olunub. Yeni dərs ilinə hazırlıq çərçivəsində 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 90 və 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi aparılıb.

Həmçinin 154 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi yerinə yetirilib. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib. Bundan əlavə, yeni dərs ili ilə əlaqədar ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib. Mövcud vəziyyətlə əlaqədar məktəblərdə dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.