CƏMİYYƏT


“Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi icra olunub

Bakı, 29 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi icra olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə ilkin mərhələdə Şamaxı, Tovuz, Masallı rayonlarını əhatə edib.

Həmin rayonlarda yeni doğulmuş qız uşaqları olan 90 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutu təqdim olunub.

Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması və qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.

Layihənin mərhələli olaraq digər rayonlarda da keçirilməsi planlaşdırılır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.