MƏDƏNİYYƏT
Yeni filmlərin nümayişi davam edir
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəhşət, triller, kriminal janrında çəkilmiş “Bizi şeytandan xilas et” filmi həyəcanlı məqamları ilə trillersevərlərin yadında qalacaq.
Nyu-York polisi təhlükə və müəmma dolu silsilə cinayətlərin araşdırılması ilə məşğuldur. Şəhəri şeytan əməllərindən xilas etmək məqsədilə zabitlərdən biri kömək üçün ekzorsizm üzrə mütəxəssisə müraciət edir.
Rolları Erik Bana, Edgar Ramires, Oliviya Mann, Kris Koy, Dorian Missik və başqaları oynayıb.
“Polis kimi” filmi komediya və döyüş janrında çəkilib.
Maskarad gecəsinə dəvət almış iki dost ora polis qiyafəsində getməyi qərara alırlar. Lakin real kriminal hadisənin içinə düşən Ryan və Castin əsl polis rolunu oynamağa məcbur olurlar.
Filmdə baş rollarda Ceyk Conson və Nina Dobrev çəkilib.
Digər rolları aktyorlar Deymon Vayans, Ancela Kereç, Endi Qarsiya, Ceyms D`Arsi, Rob Riqql, Nataşa Leqqero oynayıblar.