MƏDƏNİYYƏT


“Yeni hekayələr” sərgisinin bağlanış mərasimi keçiriləcək

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım rooms” layihəsi çərçivəsində “Yeni hekayələr” adlı sərgisinin finisaj tədbiri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ikinci layihə-sərgisində rəssamlar Füzuli Əliyev, Mina Abbasova, Vüsal Əhmədov, Rizone, Leyla Qabulova, Əhməd Nəbiyev və Roman Qocayevin müstəqil layihələri təqdim olunur. Bir-birindən fərqlənən layihələrdə bioqrafik, psixoloji-mental və sosial paralelləri vurğulamaq olsa da, hər bir layihə digəri ilə bağlı olmayan eksperiment kimi nümayiş etdirilir.

Ziyarətçilər bir daha iştirakçıların işlərini görüb onlar ilə tanış ola bilərlər: Füzuli Əliyev “Əlvida” adlanan envayronmental kompozisiyası; Əhməd Nəbiyev “Özünü qur/ əksolunma” avtobioqrafik kollajı; Vüsal Əhmədovun “Xırdası qalsın” instalyasiyası; Roman Qocayevin “Saçının ucuna zərər gəlməsini istəmərəm, həyatına gəlsə də olar” perfomansı; Mina Abbasovanın “Nəbz” videolayihəsi; Rizone “Yarıoyaq” instalyasiyası; Leyla Qabulova “Hibernasiyada” adlı instalyasiyası.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.