DÜNYA


Yeni “iOS 11” əməliyyat sistemi təqdim olunub

Bakı, 20 sentyabr, AZƏRTAC

"Apple" şirkəti yeni "iOS 11" əməliyyat sistemini təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin saytında deyilir. Bildirilir ki, yenilənmədən bütün dünya istifadəçiləri yararlana bilərlər. Sistemdə yeni "Dock" idarəetmə paneli və "Musiqi" əlavəsinə bənzəyən yenidən işlənilmiş "App Store" mağazası quraşdırılıb. Bundan başqa, "iOS" sistemində "iMessage" və "Apple Pay" vasitəsilə tanışlara pul göndərmək imkanından yararlanmaq mümkündür.

Məlumata görə, şirkət, həmçinin qurğu tutumundan istifadəni optimallaşdırıb: messencer məlumatları "iCloud" servisində saxlanılır, fotoşəkil və videoçarxlar isə keyfiyyətini itirmədən tutumu azaldılıb.

"iOS 11"də sistemin istifadəçinin sükan arxasında oturmasını tanıyan zaman avtomatik aktivləşən xüsusi "Sükan arxasında narahat etməyin" (Do Not Disturb While Driving - DNDWD) rejimi istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.