DÜNYA


Yeni “iPhone 9” sentyabrda nümayiş oluna bilər

Bakı, 28 iyul, AZƏRTAC

ABŞ-ın “Apple” şirkətinin yeni cihazının nümayişi bu ilin sentyabrında baş tuta bilər.

AZƏRTAC “vevby.ru” saytına istinadla xəbər verir ki, istifadəçiləri 6,1 düym ekranlı 8 giqabaytadək artırılmış əməliyyat yaddaşı olacaq aparat gözləyir. O, müasirləşdirilmiş multisensorlu 3D-kamera ilə təchiz ediləcək.

Tərtibatçılar yeni məhsulu sürətlə populyarlıq qazanan virtual reallıq (VR) texnologiyasına adaptasiya etməyə çalışacaqlar. Bu xüsusiyyət “iPhone 9” smartfonunu hazırda kupertinyoluların tərtibatı ilə məşğul olduğu VR-dəbilqəyə qoşmağa imkan verəcək.

İlkin məlumatlara əsasən, yenilik altı rəngdə satışa çıxarılacaq. Bu, sarı, qara, göy, ağ, açıq-narıncı və boz rənglər olacaq. Ancaq digər mənbələrin məlumatına əsasən, əlavə olaraq qırmızı rəngli telefon da nümayiş oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.