DÜNYA


Yeni “iPhone” smartfonunun xüsusiyyətləri məlum olub

Bakı, 19 aprel, AZƏRTAC

“Cult of Mac” portalı çinli analitik Mini Çji Kuoya istinadən cari ilin ikinci yarısında satışa çıxarılması gözlənilən yeni “iPhone”nin xüsusiyyətləri haqda məlumat verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, smartfonda ön kameranın təsvir ölçüsü 8-dən 12 meqapikselə kimi yüksələcək. Bundan başqa, ön kamera xüsusi örtüklə gizlədiləcək.

Həmçinin əsas kamera genişformatlı çəkiliş üçün üçüncü obyektivlə təchiz edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.