İQTİSADİYYAT


Yeni il ərəfəsində Bakı-Tbilisi istiqamətində turist qatarı xəttə buraxılacaqdır

Bakı, 26 dekabr (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamenti qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcəkdir. 

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, Yeni il ərəfəsində sərnişin sıxlığı nəzərə alınaraq 752/751 nömrəli Bakı-Tbilisi-Bakı turist qatarı xəttə buraxılacaqdır.

Qatar dekabrın 28-də saat 19:30-da Bakıdan yola düşəcək, 29 dekabr saat 10:15-də Tbilisiyə çatacaqdır. Həmçinin əks istiqamətdə yanvarın 2-də saat 21:10-da Tbilisidən yola düşəcək qatar, yanvarın 3-də saat 12:30-da Bakıda olacaqdır.

Sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin daşımaları Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 əlavə vaqon qoşulmasını təmin edəcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.