DÜNYA


Yeni ildə Ermənistanda vergilər artırılıb

Bakı, 3 yanvar, AZƏRTAC

2019-cu ildən Ermənistanda yeni vergilər tətbiq olunub. Hökumət bəzi mal və xidmətlərə olan vergiləri artırıb, bir sıra məhsullara isə aksiz vergisi tətbiq olunub.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, yeni ildə spirtli içkilər və siqaretə tətbiq olunan aksiz vergiləri artırılıb. Araq üçün alınan aksiz vergisi 73 faizdən 84 faizə, siqaretlərin hər min ədədi üçün vergi isə 15 dollardan 17,24 dollara qaldırılıb. Bundan başqa, tərkibində yüksək miqdarda şəkər olan içkilərə də 10 faiz həcmində aksiz vergisi tətbiq olunacaq.

Mühərrikinin həcmi 300 at gücündən çox olan avtomobillər üçün vergilər də 3 dəfə artırılıb. Ermənistan hökuməti bunu ekoloji məqsədlə etdiyini açıqlasa da, ekspertlər artımın büdcə kəsirini doldurmaq üçün ediləcəyini bildirirlər. Maliyyə Nazirliyi daşınmaz əmlak üçün vergilərin artırılması istiqamətində iş aparıldığını da bəyan edib.

Ekspertlərin əksəriyyəti bildirib ki, yeni ilin ilk aylarında Ermənistanın yeni hökumətinin seçkiqabağı populist vədlərinin çoxunun real olmadığı məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.