CƏMİYYƏT


Yeni ilin ilk həftəsində 18 nəfər dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə müraciət edib

Bakı, 8 yanvar, AZƏRTAC 

Qış mövsümündə əhalinin təbii qaza olan tələbatının artması ilə əlaqədar qaz cihazlarının istifadəsi zamanı bəzən təhlükəsizlik qaydalarına riayət edilmir. Nəticədə ağır fəsadlar və ölümlə nəticələnən hadisələr baş verir. Yeni ilin ilk həftəsində Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 18 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olub. Ötən il isə bu səbəbdən xəstəxanaya 151 nəfər müraciət edib. Təəssüf ki, zəhərlənmə zamanı ölüm halları da qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şöbənin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov məlumat verib.

Baş toksikoloq dəm qazından zəhərlənmənin əlamətlərinin başağrısı, gicəllənmə, ürəkbulanma, halsızlıq olduğunu deyib. O bildirib ki, dəm qazından zəhərlənmiş insan dərhal təmiz havaya çıxarılmalı, nəfəs almasını çətinləşdirən geyimlərdən azad edilməli, təcili tibbi yardım çağırılmalıdır. Zəhərlənən şəxsin huşu özündə olsa da, xəstəxanaya müraciət edilməsi və mütəxəssisin müayinəsindən keçməsi mütləqdir. Buna səbəb dəm qazının fəsadlarının aradan qaldırılmasıdır.

A.Maqsudov hər kəsi təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.