REGİONLAR


Yeni inşa olunan elektrik yarımstansiyası iki rayonu fasiləsiz elektrik enerjisi ilə təmin edəcək

Ağstafa, 10 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Ağstafa şəhərinin mərkəzində 110/35/10 kilovoltluq elektrik yarımstansiyasının tikintisi davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarımstansiya fəaliyyətə başladıqdan sonra Qazax və Ağstafa rayonları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunacaq.

İnşaat işlərinin ilkin mərhələsində 35 kilovoltuq elektrik hava xətləri şəhər ərazisindən keçən yeraltı xətlərlə əvəz olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.