Yeni kassa aparatlarının istifadəsi zamanı vergi güzəştləri
AzerTAg.az
Bakı, 27 noyabr, AZƏRTAC
Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını (NKA) quraşdıran vergiödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarət kassa aparatının dəyəri daxil olmaqla) dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:
- NKA 2019-cu ilin yanvarın 1-dək quraşdırıldıqda
- nəzarət-kassa aparatı 2019-cu ilin yanvarın 1-dən sonra quraşdırıldıqda, lakin Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə
- nəzarət-kassa aparatı 2019-cu ilin yanvarın 1-dən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Xəbərin mətnində orfoqrafik səhv var