ELM VƏ TƏHSİL


Yeni layihə: UNEC kitabxanalarında ən çox oxunanlar

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi “UNEC kitabxanalarında ən çox oxunanlar” adlı yeni layihəyə start verib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi universitetin oxu zalları və kitabxanalarında ən çox mütaliə edilən kitabların tanıdılması və geniş ictimaiyyətə çatdırılmasıdır.

Layihə çərçivəsində UNEC-də ən çox oxunan maraqlı kitablar barədə videoçarx təqdim olunacaq. Videoçarxda tələbələr UNEC-də tədris edilən müxtəlif ixtisaslar üzrə dərslik, dərs vəsaitləri, eləcə də şəxsi inkişafla bağlı kitablar, sosial-psixoloji məzmunlu nəşrlər, yerli və dünya ədəbiyyatı nümunələri barədə məlumat verəcəklər.

Kitablarla daha yaxından tanış olmaq istəyənlər UNEC kitabxanalarına müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.