CƏMİYYƏT
Yeni layihə əlillər üçün maneəsiz mühitin yaradılmasına dəstək olacaq
Bakı, 16 avqust, AZƏRTAC
Əlil Təşkilatları İttifaqı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Hamı üçün bərabər imkanlar – əlilliyi olan şəxslər üçün maneəsiz mühitin yaradılmasına dəstək” layihəsinin icrasına başlayır.
Əlil Təşkilatları İttifaqından AZƏRTAC-a bildirilib ki, 6 ay davam edəcək layihə çərçivəsində infrastrukturun monitorinqi aparılaraq obyektlərin, nəqliyyatın əlilliyi olan şəxslərə əlçatanlığı qiymətləndiriləcək. Həmçinin maarifləndirmə, ixtisaslaşmış mütəxəssislər qrupu tərəfindən ehtiyacların dəyərləndirilməsi, universal dizayn, material, texniki təminat, qismən istehsal və sifariş xidmətlərinin həyata keçirilməsi də layihənin əsas hədəfidir.