ELM VƏ TƏHSİL
Yeni lüğət Azərbaycan dilinin dərin qatlarından xəbər tutmağa imkan yaradır
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, professor Qara Məşədiyevin “Azərbaycan dilində ayamaların izahlı lüğəti” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda müasir ədəbi dilimizdə işlənməyən, dialekt və şivələrdə isə tamamilə başqa məna ifadə edən sözlər öz əksini tapıb. Lüğət Azərbaycan dilinin dərin qatlarından xəbər tutmağa imkan yaradır. Belə əsərlər xalqın etnik mənsubiyyətini araşdırmaq, onun dilinin təşəkkülündə iştirak edən türk tayfalarının rolunu öyrənmək baxımından faydalıdır. Kitabda hər bir ayama (ləqəb) haqqında qısa məlumat verilib.
Lüğətdən dilçilər, etnoqraflar, dil və ədəbiyyat müəllimləri, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistrləri faydalana bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]
Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar
- 19.04.2024 [17:27]