İDMAN


Yeni mövsümdə “Sumqayıt”ın qapısını Tərlan Əhmədli qoruyacaq

Sumqayıt, 19 iyun, AZƏRTAC

“Sumqayıt” futbol klubu 2021/22 mövsümü üçün transfer çalışmalarını davam edir.

Klubun mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, “Sumqayıt” FK növbəti futbolçunun keçidini reallaşdırıb. Belə ki, komanda son mövsümü “Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb. T.Əhmədli “Sumqayıt” FK-da “1” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2012-2017-ci illər arasında da komandada çıxış etmiş Tərlan Əhmədli bu dönəmdə ümumilikdə 11 oyun keçirib. Qapıçı son klubu “Qəbələ” ilə yanaşı (14 oyun) “Rəvan”, “Xəzər Bakı” və “Sabah” klublarının da uğurları üçün çalışıb. O, Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.