MƏDƏNİYYƏT
Yeni mövsümdə nümayiş etdiriləcək ikinci tamaşa - “Ağ bığlılar”
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa sentyabrın 15-də deyil, 22-də nümayiş etdiriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izləniləcək səhnə əsərində iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həmdə kədərli əhvalatlardan danışılır.
Həmçinin, tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.
Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.
Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]