ELM VƏ TƏHSİL


Yeni nəsil “Wi-Fi 6” simsiz rabitə təqdim olunub

Bakı, 6 oktyabr, AZƏRTAC

“Wi-Fi Alliance” təşkilatı “Wi-Fi 6” adını alacaq yeni simsiz rabitəni təqdim edib.

İndiyədək “Wi-Fi” texnologiyasının müxtəlif standartları “802.11n” və “802.11ac” kimi adlarla qeyd edilirdi. Lakin adi istehlakçılar üçün belə sxem əlverişli deyil, çünki bu, dolaşıqlığa səbəb ola bilər. Buna görə də “Wi-Fi” texnologiyasının müxtəlif standartlarının adlarının sadələşdirilməsi haqqında qərar qəbul edilib. Artıq “802.11n” texnologiyası “Wi-Fi 4”, “802.11ac” texnologiyası “Wi-Fi 5”, “802.11ax” texnologiyası isə “Wi-Fi 6” adlandırılacaq.

AZƏRTAC 3dnews.ru saytına istinadla xəbər verir ki, “802.11ac” ilə müqayisədə 30 faiz daha yüksək rabitə sürəti təklif edən “802.11ax” standartı 2019-cu ildə təsdiq ediləcək. O, yüklənmiş efir şəraitində simsiz şəbəkənin işinin effektivliyini yaxşılaşdırmağa və “802.11ac Wave-2” standartı ilə müqayisədə keçirmə qabiliyyətini iki dəfə artırmağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.