İQTİSADİYYAT


Yeni nəsil nəzarət-kassa aparatının tətbiqi ilə bağlı əlavə qaydalar hazırlanır

Bakı, 12 mart, AZƏRTAC 

Yeni nəsil nəzarət-kassa aparatının meyarları, Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulması və ölkə ərazisində mərhələli şəkildə tətbiqi ilə bağlı əlavə qaydalar hazırlanır.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, məqsəd kassa aparatları sahəsində şəffaflığın təmin olunmasıdır. Nazirliyin informasiya sistemi və onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcək. Nəticədə nazirliyin sistemində vergiödəyicilərinin əməliyyat məlumatları daha düzgün olacaq və bu, satış mühasibatında şəffaflığı artıracaq. Bundan əlavə, kassa aparatları üzrə texniki tələblərə yenidən baxılması planlaşdırılır və bu sahədə dünya təcrübəsi araşdırılır.

Qaydalar hazırlanandan və meyarlar müəyyənləşdirildikdən sonra elektron kassalara keçidin necə baş verəcəyi, bunun kütləvi və ya mərhələli şəkildə olacağı Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.