ELM VƏ TƏHSİL
Yeni nəşr: “Bitki immunitetinin genetik əsasları”
Bakı, 20 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının müdiri Şaməddin Qəhrəmanovun “Bitki immunitetinin genetik əsasları” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab ətraf mühitin və insanların sağlamlığını qoruyub saxlamaq üçün zərərverici orqanizmlərə qarşı davamlı bitki sortlarından istifadə olunmasının müstəsna əhəmiyyətindən bəhs edir. Vəsait təbii meşə və kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə və zərərvericilərə qarşı immuniteti və bununla bağlı bir sıra mühüm elmi və təcrübi əhəmiyyətə malik məsələləri əhatə edir.
Elmi-texniki tərəqqinin inkişafının müasir mərhələsində bitki immuniteti haqqında düşüncələr olduqca fərqlidir. Hazırda dünyada yüksəkkeyfiyyətli ekoloji sağlam məhsul əldə etmək və ekoloji tarazlığı qorumaq üçün zərərli orqanizmlərə qarşı aparılan mübarizədə davamlı sort bitkilərdən istifadə olunur, yüksək texnologiyalar tətbiq edilir. Bütün bunlar müasir bitki mühafizəsi elminin innovativ yenilikləridir.
Yeni nəşr elmi işçilər, müəllimlər, kənd təsərrüfatı ilə məşğul olan mütəxəssislər, xüsusi ixtisas kursu kimi ali məktəblərin biologiya, bitki mühafizəsi, aqronomluq fakültələrinin tələbələri üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]
Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub
- 24.04.2024 [16:38]