ELM VƏ TƏHSİL
Yeni nəşrdə rəqəmsal irsin problemləri araşdırılıb
Bakı, 4 iyun, AZƏRTAC
“İnformasiya Texnologiyaları” nəşriyyatında “Rəqəmsal irs: problemlər və perspektivlər” adlı ekspress-informasiya işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, yeni nəşrin müəllifi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova, elmi redaktoru isə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimovadır.
İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş ekspress-informasiya rəqəmsal irsin mövcud problemlərinin araşdırılmasına həsr edilib. Nəşrdə beynəlxalq təcrübəyə əsasən rəqəmsal irsin saxlanması metodları təhlil edilib, bu sahədə beynəlxalq standartlar analiz olunub. Eyni zamanda, bəzi texniki və texnoloji problemlər araşdırılıb və onların aradan qaldırılması istiqamətində bir sıra təklif və tövsiyələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:54]
Bu məktəblərdə birinci sinfə qəbul müsahibə vasitəsilə aparılacaq
- 24.04.2024 [15:48]
Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb
- 24.04.2024 [15:09]
MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir
- 24.04.2024 [14:59]
AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb
- 24.04.2024 [14:24]
On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
- 24.04.2024 [14:15]
BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək
- 24.04.2024 [13:42]