ELM VƏ TƏHSİL
Yeni nəşrdə təsəvvüf və təfsir alimi Nemətullah Naxçıvaninin fəlsəfi görüşləri araşdırılıb
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Nemətullah Naxçıvani XV əsrin görkəmli təsəvvüf və təfsir alimi” monoqrafiyası çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, nəşrdə Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı ilə yanaşı, fəlsəfi görüşləri araşdırılıb və təhlil edilib.
Monoqrafiyanın elmi redaktoru Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri fəlsəfə üzrə elmlər doktorları, professorlar Zəkiyyə Əbilova və Məhəmməd Rzayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.
Vəsait geniş oxucu kütləsi üçün nəzərdə tutulub.