DÜNYA


Yeni proqram təminatı müəssisələri əlavə reallıqda idarə edəcək

Bakı, 8 avqust, AZƏRTAC

“Schneider Electric” elektrotexnika konserni müəssisələrin əlavə reallıqda idarə olunması üçün proqram təminatı təqdim edib.

AZƏRTAC “dailycomm.ru” resursuna istinadla xəbər verir ki, “EcoStruxure Augmented Operator Advisor” adlanan həll real vaxt rejimində funksiyaları yoxlamağa, vəziyyəti təhlil etməyə və ya avadanlıq sənədlərini öyrənməyə imkan verərək operator və texniki mütəxəssislər üçün lazımi informasiyanı dərhal əldə etməyə şərait yaradır.

Şirkətin nümayəndələrinin sözlərinə görə, bunun sayəsində yeni proqram təminatı istehsal proseslərini optimallaşdırmağa və əməliyyat xərclərini azaltmağa kömək edir.

Bildirilir ki, yeni həll avadanlığın dayanma vaxtını azaltmağa imkan verir – elektrotexniki şkafı virtual açmaq və içindəkilərin vəziyyətinə baxmaq üçün iş proseslərini dayandırmağa ehtiyac yoxdur.

Bundan başqa, proqramda aparatları sazlamaq və onlara texniki xidmət göstərmək mümkündür, operator isə lazımi məlumatlardan (təlimat, diaqram və sair) mobil əlavədə yararlana bilər. Bundan əlavə, həll insan faktoru ilə əlaqədar səhvləri aradan qaldırmağa kömək edir, mərhələli təlimat isə düzgün texniki xidmət göstərməyə imkan verir.

“EcoStruxure Augmented Operator Advisor” proqram təminatı “iOS” və “Android” (gələcəkdə “Windows” sisteminin dəstəklənməsi nəzərdə tutulur) sistemli planşet əlavələri, “Schneider Electric” və digər istehsalçıların kontrollerləri və “SQL” məlumat bazaları ilə işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.