İQTİSADİYYAT


Yeni qeydiyyat üsulu ilə 746 yerli investisiyalı MMC qeydiyyata alınıb

Bakı, 24 iyun, AZƏRTAC

Cari ildə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 746 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 313 vahid və ya 72,3 faiz çoxdur.

Sözügedən üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,3 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.