CƏMİYYƏT


Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 18 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Respublikamızda mövcud olan dövlət-din münasibətlərindən danışan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, Prezident İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan digər sahələrdə olduğu kimi, dinə, tolerant və multikultural dəyərlərə münasibətdə də nümunəvi dövlətə çevrilib. Diqqətə çatdırıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə yönəlmiş ardıcıl tədbirlər həyata keçirilir.

Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələr verən Dövlət Komitəsi sədrinin birinci müavini onlara daha fəal olmalarını, ümummilli maraqlardan çıxış etməyi tövsiyə edib. S.Salahlı, eyni zamanda, dini icma sədrlərinin məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısının alınması, milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin vacibliyini qeyd edib.

Sonra dini icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.

Şamaxı rayonu Sabir qəsəbə məscidi dini icmasının sədri Tofiq Nuriyev çıxış edərək dinə dövlət qayğısından danışıb. DQİDK-nın fəaliyyətində dini icmalarla sıx əməkdaşlığa xüsusi diqqət yetirilməsini yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.