CƏMİYYƏT


Yeni salınmış parkda veteranlar arasında nərd yarışı keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Nəsimi rayonundakı Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə geniş miqyaslı abadlıq işləri görülüb, aparılan yenidənqurma işlərindən sonra istirahət parkı bu ilin mayında sakinlərin istifadəsinə verilib.

AZƏRTAC rayon icra hakimiyyətinin saytına istinadla xəbər verir ki, parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb, avadanlıq və qurğular quraşdırılıb, sakinlərə xidməti göstərən müasir iaşə obyektləri yaradılıb. Həmin ünvandakı uşaqların asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılıb. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, müasir tələblərə cavab verən işıqlandırılma sistemləri quraşdırılıb. Parkda veteran və yaşlı sakinlərin istirahəti üçün xüsusi guşə yaradılıb.

Nəsimi rayon Gənclər və İdman İdarəsi yeni istifadəyə verilən parkda həvəskarlar arasında nərd yarışı keçirib. Məhəllə veteranlarının iştiraki ilə keçirilən yarış sakinlərin böyük marağına səbəb olub.

Qaliblərə Nəsimi rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.