DÜNYA


Yeni seçilən Qırğızıstan parlamentinin strukturu təsdiq olunub

Bişkek, 13 yanvar, AZƏRTAC

Yanvarın 12-də Qırğızıstan parlamenti-Joqorku Keneşin (JK) strukturu təsdiq olunub, sədrin müavinləri seçilib.

AZƏRTAC Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda parlament sədrinin 3 müavininin və parlamentdə 8 komitənin olması təklifi təsdiqlənib.

Parlamentin iclasında “Ata Jurt” fraksiyasından Cəmilə İsayeva, Alay birmandatlı dairəsindən Ulan Primov və “İşenim” fraksiyasından Nurbek Sadıqaliyev səsvermə ilə spikerin müavinləri seçiliblər.

Xatırladaq ki, parlamentin ötən il dekabrın 30-da keçirilən iclasında Talant Mamıtov yenidən Joqorku Keneşin sədri vəzifəsinə təsdiq olunub.

2020-ci il oktyabrın 28-də ölkədə keçirilən parlament seçkilərində 54 deputat partiya siyahıları ilə, 36 millət vəkili isə birmandatlı seçki dairələrindən Joqorku Keneşin üzvü seçilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.