Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Yeni sənaye inqilabı: rəqabətqabiliyyətliliyin yüksəldilməsində universitetlərin rolu

Bakı, 9 dekabr, AZƏRTAC

Hazırda Azərbaycan qeyri-neft sektorunun aparıcı rola malik olduğu innovativ iqtisadi inkişaf modelinə keçid dövrünü yaşayır. Elmi və texnoloji inkişaf səviyyəsi nəzərə alınmaqla mahiyyət etibarilə aqrar sektor da artıq, demək olar ki, sənayeyə çevrilib. Bu, təxminən son 130 ildə üçüncü, müstəqillik əldə edildikdən sonra isə ilk belə transformasiyadır. Bütün bu proseslər, eyni zamanda, rəqabətqabiliyyətliliyin yüksəldilməsində ali məktəblərin rolu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və təhsil nazirinin müşaviri Fərhad Əmirbəyovun birgə qələmə aldıqları “Yeni sənaye inqilabı: rəqabətqabiliyyətliliyin yüksəldilməsində universitetlərin rolu” sərlövhəli məqalədə geniş məlumat verilir. AZƏRTAC həmin yazını təqdim edir:

-Biz, həqiqətən də, uğurlu gələcək baxımından geniş imkanlara malik olduğumuz heyrətamiz bir dövrdə yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir”.

Azərbaycan öz tarixində əvvəlki hər üç sənaye inqilabını yaşayıb. Birinci inqilab zamanı su və buxar enerjisi əl əməyinin mexanikləşdirilməsinə imkan yaradıb, enerji mənbəyi kimi odun və daş kömür çıxış edib. İkinci sənaye inqilabı elektrik enerjisi ilə bağlı texnologiyalardan istifadə hesabına mümkün olub. Bu, kütləvi istehsalın yaradılmasına imkan verib, istehlak bazarları formalaşdırıb. Kömürdən əlavə, əsas enerji mənbəyi karbohidrogen yanacağı olub. Üçüncü sənaye inqilabı elektronika və informasiya texnologiyaları ətrafında inkişaf edib postsənaye və ya informasiya dünyası adlandırılan fenomeni doğurub. Bu, istehsalın avtomatlaşdırılması ilə nəticələnib və öz növbəsində də sənayedə məşğul olan işçilərin sayını sürətlə azaldıb. “Rəqəmsal” adlandırıla bilən dördüncü sənaye inqilabı yalnız istehsal və istehsalın idarəedilməsi sahələrindən yox, həmçinin avtonəqliyyat kimi sahədə də insanların rolunu minimuma endirəcək. Avtomatlaşdırma və robotlaşdırma fiziki, rəqəmsal və bioloji obyektlər arasında olan sərhədləri silir. Azərbaycan, digər ölkələr kimi, bir tərəfdən çoxlu sayda imkanlar yaradan, digər tərəfdən isə qeyri-peşəkarlığa, qeyri-effektifliyə, qeyri-rəqabətliliyə amansızcasına yanaşan qloballaşan dünya şəraitində yaşayır. Bundan əlavə, dünya Qərbin yenidən sənayeləşməsi dövrünü yaşayır, indi sənaye Asiyadan Avropaya və ABŞ-a “qayıtmağa” başlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq demək olar ki, Azərbaycanda üçüncü neft bumu “tam zamanında başa çatır”. Bu isə o deməkdir ki, ölkəmiz öz sənaye siyasətinin formalaşmasında müasir dünya proseslərini nəzərə ala biləcək.

Amerikalı alim Devid Autor 1980-2005-ci illəri əhatə edən dövrdə ABŞ sənayesinin müxtəlif sahələrində işçilərin ixtisasından asılı olaraq əmək bazarının dəyişməsini araşdırıb. Onun tədqiqatları göstərir ki, aşağı və yüksək ixtisaslı işçilər arasında məşğulluq artıb, orta ixtisaslı işçilər arasında isə azalıb. Bunun əsas səbəbi ilk növbədə orta çətinlikli işlərin avtomatlaşdırılmış həllinə geniş yer verilməsidir. Həmin işlərdə kifayət qədər şablon elementlər var ki, bu da onların asanlıqla avtomatlaşdırılmasına imkan verir. Bundan başqa, bu işlərə görə yüksək əməkhaqqı verilməsi onların avtomatlaşdırılmasının biznes sahibləri üçün iqtisadi baxımdan cəlbedici olmasını şərtləndirib.

Beləliklə, hazırda dünyada növbəti sənaye inqilabı baş verir və bu sənaye inqilabı istehsalın və idarəetmənin avtomatlaşdırılmış və robotlaşdırılmış vasitələrinə əsaslanır. Buna görə də iqtisadi səmərəlilik prioritet olaraq ön plana çıxır və milli şirkətlərin beynəlxalq rəqabətdən qorunmasında dövlət olduqca məhdud imkanlara malikdir. Həmişə olduğu kimi, idarəçiliyin keyfiyyəti hər bir uğur və uğursuzluğun təməlində dayanır.

Məqsəd və ona çatmağın yolları müəyyən edildikdən sonra idarəçiliklə bağlı istənilən tapşırığın yerinə yetirilməsi zamanı resursların (maliyyə, insan, təbii və digər) məhdudluğu amili üzə çıxır. Bu məhdudiyyətləri aradan qaldırmağın yeganə yolu mövcud imkanların genişlənməsinə və qarşıya qoyulmuş məqsədlərə nail olunmasına imkan verən istiqamətlər üzrə resursları səfərbər etməkdir. Bu baxımdan innovasiya sahəsində intellektual resursların səfərbər edilməsinin vacibliyi əhəmiyyətli dərəcədə artır.

Beynəlxalq standartlara əsasən, innovasiya bazara çıxarılan yeni və ya təkmilləşdirilmiş məhsul, yeni və ya təkmilləşdirilmiş texnoloji prosesdə təcəssüm olunan innovativ fəaliyyətin son nəticəsidir. İnnovasiyanın texniki və ya hər hansı bir maddi formada olması mütləq deyildir. Marketinq texnologiyası, maliyyə məhsulları kimi nümunələri yada salmaq kifayətdir. Məhsul və xidmətlərin istehsalının keyfiyyətinin yüksəldilməsinə xidmət edən innovasiyalar şirkətlərin bazarda yerini möhkəmləndirir və onun inkişafını sürətləndirir. Bir çox hallarda isə hər hansı bir innovasiya ətrafında yeni şirkətlər meydana çıxır. Şirkətlərin bu cür yaranmasına dair nümunələr göstərməyə ehtiyac yoxdur, belə ki, bu barədə məlumatı internetdən asanlıqla əldə etmək mümkündür. Yeri gəlmişkən, internet də bir zamanlar innovasiya idi!

Dünya bazarında bir çox təbii resursların qiymətinin kəskin azalması ölkələrin resursyönümlü inkişaf modelindən innovativ inkişaf modelinə keçməsini stimullaşdırır. Bu inkişaf modelində başlıca komponentlərdən biri “start up” şirkətlərdir. Bu terminin bir neçə formada izahı var. Lakin mahiyyət ondan ibarətdir ki, ideyalar öz müəllif və ya müəlliflərinə rahatlıq vermir, onları fəaliyyət göstərməyə, bu ideyaların işlənməsi, istifadəsi və satış yollarını axtarmağa vadar edir. Təcrübə göstərir ki, ideyaya malik olan və ya axtarışda olan insanları bir yerə yığmaqla gəlir gətirən şirkətlərin yaradılması prosesini əhəmiyyətli dərəcədə sürətləndirmək mümkündür.

Sənaye bir çox hallarda bir-birinə müxtəlif növ xidmətlər göstərən bütöv şirkətlər qrupunun yerləşdiyi coğrafi regionda cəmləşməyə, başqa sözlə, klasterləşməyə meyilli olur. Klasterləşmə klasterdə birləşmiş şirkətlərin rəqabət üstünlüyünün reallaşmasını təmin etməklə yanaşı, həm də burada şirkətlərin öz müstəqilliyini saxlaya bilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə pambıqçılığın inkişaf etdirilməsi və Mingəçevir şəhərində bu qiymətli xammalın emalı üçün müəssisənin yaradılmasına dair irəli sürülən ideya klaster təşəbbüsüdür. Bu siyasət iqtisad elmi baxımından əsaslı, məntiqli, məqsədəuyğun və mövcud çağırışlara tam adekvatdır.

Azərbaycanda sənayenin inkişaf siyasəti elmi tədqiqatlara olan tələbi artıracaq, kəşflər və sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradacaq. Eləcə də ölkənin iqtisadi həyatında başlayan dəyişikliklər həm də universitetlər üçün yeni imkanlar açacaq.

Universitetlərin başlıca funksiyası təhsildir. Universitet, həmçinin tədqiqatla, elmi fəaliyyətlə məşğul olur. Bu, ikinci funksiyadır. Digər bir funksiyanı - sahibkarlıq funksiyasını qeyd etmək istərdik. Universitetlər birbaşa olaraq sənaye klasterinin formalaşması prosesinin başlandığı regionun iqtisadi inkişafını stimullaşdıra bilər. İstənilən universitet biliklərin, texnologiyaların, sahibkarlıq və innovasiyaların yaranması və ötürülməsi mərkəzinə çevrilə bilər.

İnnovativ, elmi və sahibkarlıq fəaliyyəti üçün mühitin yaradılmasına yönəlmiş xidmətlər universitet ətrafında tədris, elmi və maliyyə resurslarının cəmləşməsinə imkan verəcək. Artıq qeyd edildiyi kimi, sənaye dar ixtisaslaşma çərçivəsində cəmləşməyə meyillidir və bunun səbəbi A.Marşalın dediyi kimi, “biliklərin axını” effektidir.

Biliyə tələbin olduğu yerdə təhsil və elmə də tələb olacaqdır. Azərbaycanda universitetlər ənənəvi olaraq sənayenin inkişaf etdiyi regionlarda yerləşir. Sovet İttifaqı dağıldıqdan sonra sənayenin böyük bir hissəsi obyektiv səbəblərdən inkişafdan qaldı və ya bütövlükdə sıradan çıxdı. İnkişafın resursyönümlü modelinin tükəndiyi və ölkənin gələcək inkişafının əsasən sənaye ilə bağlı olduğu bir vaxtda ali təhsil sistemi cəmiyyət üçün xüsusi dəyərə malikdir. Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il oktyabrın 7-də keçirilmiş iclasında təhsil naziri Mikayıl Cabbarovun dediyi kimi, “Azərbaycanın yeni iqtisadi modeli bizim milli iqtisadiyyatımızın rəqabətqabiliyyətliyinin insan kapitalının keyfiyyətinin artırılması yolu ilə yüksəldilməsini tələb edir. Yeni təhsil klasterlərində yaradılacaq onlarla yeni ixtisaslar iqtisadi subyektlər və müəssisələrlə sıx əməkdaşlıq etməlidir”.

Təhsil sistemi insan kapitalının keyfiyyətinə təsir edən yeganə amil deyil. Lakin məhz o, cəmiyyətin intellektual elitasını formalaşdırır. Təhlillər göstərir ki, ali təhsilli məşğul əhalinin payı orta hesabla Avropa İttifaqı ölkələrində 22 faiz, İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində (OECD) 27 faiz, ABŞ-da 33 faiz, Rusiya Federasiyasında 54 faizdir. Azərbaycanda bu göstərici 17 faiz təşkil edir. Beləliklə, etiraf etmək lazımdır ki, Azərbaycanda ali təhsilli insanların sayının artması potensialı yüksəkdir. Azərbaycan son dövrlərdə dünya əmək bölgüsü çərçivəsində aşağı əməkhaqqı olan ixtisasları, yəni “kasıblıq üzrə ixtisaslaşma”nı deyil, “varlılıq üzrə ixtisaslaşma”nı seçdiyi üçün bu sahədə vəziyyətin köklü şəkildə dəyişəcəyini proqnozlaşdırmaq olar.

Hesab edirik ki, ölkəmizin bir sıra regionlarının müasir texnopolislərə çevrilməsi prosesinin mərkəzində universitetlər dayanmalı və bu proses daha da sürətlənməlidir. Artıq Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran belə potensiala malikdir. Azərbaycanın digər regionlarında da kifayət qədər potensial var. Formalaşan klasterlərə universitetləri daxil etmək və onların bazasında elmi və sahibkarlıq fəaliyyətini təşkil etmək olduqca vacibdir.

Universitetlər insanlara təhsil verməklə yanaşı, həm də gələcək alimləri, istedadlı sahibkarları, komanda liderlərini formalaşdırmağa yardım edir. Düşünürük ki, regionlar arasında klasterlər formalaşdıran sənaye sahələrinin inkişafı sahəsində rəqabət güclənəcək. Burada üstünlük regionun təhsil, elmi, innovasiya və mədəni mərkəzinə çevrilməyə hazır olan universitetin yerləşdiyi regiona verilməlidir. Bu isə, öz növbəsində, Azərbaycanın rəqabətqabiliyyətliliyini birmənalı olaraq artıracaqdır.

Ədalət Muradov

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor

Fərhad Əmirbəyov

Azərbaycan Respublikası təhsil nazirinin müşaviri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub