CƏMİYYƏT


Yeni sintetik narkotiklərlə zəhərlənmələrin diaqnostikası və müalicəsi məsələləri müzakirə edilib

Bakı, 29 iyul, AZƏRTAC

"Yeni sintetik narkotiklərlə zəhərlənmələrin diaqnostika və müalicəsinə dair müasir yanaşmalar" adlı vebinar keçirilib.

TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vebinar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Azəri Toksikoloqlarının Dərnəyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Vebinarda çıxış edən TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri, tibb elmləri doktoru Emil İskəndərov mövzunun aktuallığını diqqətə çatdırıb.

Daha sonra isə tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev müxtəlif narkotik vasitələr, onların törətdiyi fəsadlar, diaqnostika və müalicə üsulları haqqında məlumat verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.