DÜNYA


Yeni sorğu göstərib ki, amerikalıların 61 faizi 3 il əvvəlkindən yaxşı yaşayır

Vaşinqton, 15 fevral, AZƏRTAC

Gellap İnstitutunun apardığı ictimai rəy sorğusunun məlumatına görə, amerikalıların 60 faizindən çoxunun fikrincə, hazırda onların iqtisadi durumu üç il əvvəl olduğundan, yəni Prezident Donald Trampın hakimiyyətə gəlişinin əvvəli ilə müqayisədə yaxşıdır. Son iki ilin məlumatına görə, ABŞ iqtisadiyyatı planlı şəkildə inkişaf edib.

AZƏRTAC xəbər verir ki, sorğunun nəticələri haqqında məruzəyə əsasən, respondentlərin 61 faizi dolanışıqlarının 2017-ci ilin əvvəli ilə müqayisədə yaxşı olduğunu bildiriblər. Bu göstərici prezidentin yenidən seçilməsi üzrə kampaniyanın bu mərhələsində bu qəbildən göstəricilərin bütün tarixi ərzində ən yüksək olub.

Respondentlərin düz 50 faizi deyib ki, yenidən seçilmiş digər prezidentlərlə müqayisədə Trampın prezidentliyi dövründə onların iqtisadi durumu yaxşılaşıb. Prezident Barak Obama 2012-ci ildə yenidən seçiləndə həmin rəqəm 45 faiz təşkil edib. Respondentlərin 36 faizi deyib ki, indiki mərhələdə vəziyyətləri yaxşı deyil, 3 faizinin fikrincə isə onların durumu “nə pis, nə də yaxşıdır”. “Mağazalarda alış-veriş etmək indi daha rahatdırmı?” sualına respondentlərin 52 faizi “bəli”, 36 faizi “yox” cavabı verib.

Gellap İnstitutu ötən həftə daha bir sorğu keçirib. Sorğunun nəticələrinə görə, öz gələcəyinə və maliyyə durumuna nikbinliklə baxan amerikalıların sayı rekord həddə çatıb.

Hər iki sorğunun nəticələri bu il Prezident Donald Trampa böyük fayda gətirə bilər, çünki seçicilər adətən öz iqtisadi və mənəvi durumlarının nə dərəcədə yaxşılaşdığını nəzərə alaraq səs verirlər.

Sorğuda 1000 yaşlı respondent iştirak edib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.