REGİONLAR


Yeni su xətti Dəllər qəsəbəsinin 5 mindən çox sakininin  içməli suya olan tələbatını ödəyəcək

Şəmkir, 18 iyul, Famil Quliyev, AZƏRTAC

Şəmkirçay Su Anbarından çəkilən 7,8 kilometr uzunluğundakı su xətti isti yay günlərində Şəmkir rayonunun ən böyük yaşayış məntəqələrindən olan Dəllər qəsəbəsində əhalinin içməli suya olan tələbatını tam ödəyəcək.

AZƏRTAC xəbər verir ki, beş mindən çox sakinin yaşadığı qəsəbəyə suyun verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər son illər Şəmkirdə reallaşan sosial layihələrdən danışıb, rayonda əhalinin problemlərinin həlli istiqamətində görülən işlərdən söz açıblar.

Rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Ramiz Rəhimov bildirib ki, əhalinin qaldırdığı bütün sosial məsələlər mərhələli şəkildə öz həllini tapacaq.

Sakinlər adından çıxış edən qəsəbə ağsaqqallar şurasının sədri Akif Xəlilov qeyd edib ki, indiyədək insanlar istifadə etmək üçün müxtəlif mənbələrdən su daşıyırdılar. Sakinlər keyfiyyətsiz sudan istifadə etməyə məcbur idilər. Bu gün isə qəsəbəyə təmiz, keyfiyyətli su verilir.

Qeyd edək ki, su kəməri rayon rəhbərliyinin təşəbbüsü və Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.