ELM VƏ TƏHSİL
Yeni sxem meşə yanğınlarını proqnozlaşdırmağa kömək edəcək
Bakı, 19 avqust, AZƏRTAC
Tomsk Texniki Universitetinin alimləri meşə yanğınlarını proqnozlaşdıran riyazi sxemlər hazırlayıblar.
AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, elm adamları bu analoqu olmayan, geoməlumat sistemini cəmiyyətə təqdim etməyə hazırlaşırlar. Mütəxəssislərin sözlərinə görə yeni icadın köməyi ilə göy gurultusunu nəzərə alaraq tufanın fəaliyyət səviyyəsini, meteoroloji şərait xüsusiyyətlərini proqnozlaşdırmaq mümkün olacaq. Alimlərin sözlərinə görə bu üsulla yanğına səbəb ola biləcək vəziyyətlərdən asanlıqla öncədən xəbərdar olmaq mümkündür. Bundan əlavə adı gedən sxem yanğın ehtimalını qiymətləndirməkdə kömək edəcək.
Hazırda tədqiqatçılar bu istiqamətdə geniş çaplı təcrübələr aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]