DÜNYA


Yeni tədqiqat: COVID-19-dan sağalan pasiyentlərə vaksinin bir dozası kifayət edəcək

Vaşinqton, 24 iyun, AZƏRTAC

COVID-19-a yoluxan və sağalan insanlar koronavirus əleyhinə ikidozalı vaksinin yalnız bir dozasını ala bilərlər.

AZƏRTAC xəbər verir ki, bu barədə “ACS Nano” jurnalında çərşənbə günü dərc olunan yeni tədqiqatın nəticələri barədə hesabatda deyilir.

Müəlliflər, araşdırmada əvvəllər virusa yoluxan və vaksinin ikinci dozasını alan 36 insanın iştirak etdiyini bildiriblər. Onların sözlərinə görə, vaksinin ikinci dozası anticisimlərin səviyyəsində əlavə artıma səbəb olmayıb.

Anticisimlər infeksiya ilə mübarizə aparmaq üçün immun sistemi tərəfindən istehsal olunan hüceyrələrdir. COVID-19 əleyhinə vaksinlər ciddi xəstəliklərin qarşısının alınması məqsədilə bu hüceyrələrin istehsalının stimullaşdırılması üçün nəzərdə tutulub.

“COVID-19-dan sağalanlara, çox güman ki, mövcud iki peyvənddən ibarət olan praktikası əvəzinə vaksinin yalnız bir dozası lazım olacaq. Buna baxmayaraq COVID-19-a yoluxmayan insanlara kifayət qədər anticisim mövcudluğuna nail olmaq üçün hər iki vaksin lazımdır”, - deyə Los-Ancelesdəki Kaliforniya Universitetinin Qeffen Tibb məktəbində yoluxucu xəstəliklər üzrə mütəxəssisi və tədqiqat həmmüəllifi doktor Otto Yan bildirib.

Pfizer-BioNTech və Moderna vaksinlərinin klinik sınaqları insanın normal şəraitdə iki dozaya ehtiyacı olduğunu göstəriblər. Bu vaksinlər COVID-19-un ağır formasından müdafiədə 95 faizə qədər səmərəli olduqlarını göstəriblər.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.