REGİONLAR


Yeni tədris ilində Yardımlı rayonunun ümumtəhsil məktəblərində 6 min 889 şagird təhsilə cəlb olunub

Yardımlı, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC

Yardımlı rayonunda 2021/2022-ci tədris ilində fəaliyyət göstərən 80 ümumtəhsil məktəbində 891 nəfəri şəhər yerində, 5 min 998 nəfəri isə kənd yerində olmaqla cəmi 6 min 889 şagird təhsilə cəlb edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari tədris ilində rayon üzrə şagirdlərin 3 min 81 nəfərini qızlar təşkil edir. İkinövbəli məktəblərin sayı kənd yerinə aid olmaqla 18 olmaqla, onlarda təhsil alan şagirdlərin ümumi sayı isə 1653 nəfərdir. Onlardan 723 nəfəri qızlardır.

Şagirdlərin ümumi sayından evdə fərdi təhsil alanların sayı 53 nəfərdir. Onların 1 nəfəri şəhər, 52 nəfəri kənd yerinə aiddir.

Hazırda rayonun ümumtəhsil müəssisələrində şəhər yeri üzrə 22 nəfəri qadınlar olmaqla 75 nəfər, kənd yeri üzrə 142 nəfəri qadınlar olmaqla 909 nəfərdən ibarət müəllim kontingenti fəaliyyət göstərir.

Şəhər və kənd yeri üzrə cəmi 984 nəfər müəllim tədrislə məşğuldur. Onların 705 nəfəri ali, 277 nəfəri orta ixtisas, 1 nəfəri natamam ali, 1 nəfəri isə tam orta təhsillidir.

Qeyd edək ki, ötənilki tədris ilində Yardımlı rayonunun ümumtəhsil məktəblərində təhsil alan 569 nəfər şagird doqquzuncu, 556 nəfəri isə on birinci sinfi bitirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.