ELM VƏ TƏHSİL


Yeni tədris ilində metodik kabinet əməkdaşlarının fəaliyyət istiqamətləri müzakirə olunub

Bakı, 25 sentyabr, AZƏRTAC

Təhsil İnstitutunun Metodik dəstək mərkəzi tərəfindən regionlar üzrə metodik kabinet müdirlərinin onlayn görüşü keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşün aparıcısı Metodik dəstək mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov olub.

Görüş zamanı yeni tədris ilində metodik kabinet əməkdaşlarının fəaliyyət istiqamətləri, onlar üçün təlimlərin təşkili, metodistlərin yaradıcı fəaliyyətə cəlb edilməsi, həmçinin fəaliyyətin hesabatlılığının təmini mövzuları müzakirə edilib. Bununla yanaşı, Metodik dəstək mərkəzinin əməkdaşları tərəfindən regionlarda keçirilmiş görüşlərin nəticələri və buna uyğun olaraq gələcəkdə görüləcək işlər barədə məlumat verilib.

Yekunda görüş iştirakçılarının sualları şöbə müdirləri Elxan Nəcəfov və Nigar Əhmədzadə tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.