ELM VƏ TƏHSİL


Yeni tədris ilində pedaqoji mühazirələr ümumi təhsilin aktual problemlərinə həsr olunacaq

Bakı, 18 avqust, AZƏRTAC

Təhsil naziri Ceyhun Bayramov ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə əmr imzalayıb.

Məqsəd növbəti dərs ilində ümumi təhsil sistemində keyfiyyət göstəricilərini davamlı surətdə yaxşılaşdırmaq, təhsilalanların milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində çevik fəaliyyət mexanizmi yaratmaqdır.

AZƏRTAC xəbər verir ki, əmrdə yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin, pedaqoji mühazirələrin mövzuları açıqlanıb, ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri nümunəvi olaraq bir sıra müddəalarla müəyyənləşdirilib.

Əmrə əsasən 2018-2019-cu dərs ilində pedaqoji mühazirələr “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusuna həsr olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.