ELM VƏ TƏHSİL


Yeni tədris ilinin astanasında

Bakı, 11 sentyabr, AZƏRTAC

Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, hazırda təmir-tikinti prosesi yekunlaşmış məktəblərdə son tamamlama işləri görülür, avadanlıqların quraşdırılması həyata keçirilir.

Qeyd edək ki, 2020-2021-ci tədris ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.