ELM VƏ TƏHSİL
Yeni təhsil proqramları üzrə keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb
Bakı, 23 may, AZƏRTAC
Yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələrini mayın 23-də saat 16:20-dən etibarən elan edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, mayın 6-da keçirilən sınaq imtahanında iştirak etmiş şəxslər mərkəzin internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=83 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıqtipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Şagirdlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Sınaq imtahanında iştirak üçün qeydiyyatdan keçmiş 11.827 şagirddən 90-ı imtahana gəlməyib.