REGİONLAR


Yeni tərəvəz və kartof sortlarının dequstasiyası keçirilib

Bakı, 7 iyun, AZƏRTAC

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni tərəvəz və kartof sortlarının dequstasiyası keçirilib. Tədbirdə institutda yaradılmış dequstasiya komissiyasının üzvləri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin məsul şəxsləri, nazirliyin elmi-tədqiqat institutlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yeni yaradılmış sortlar haqqında institutun rəhbəri Elmar Allahverdiyev və seleksiyaçı alimlər iştirakçılara ətraflı məlumat veriblər.

Dequstasiya üçün institutun seleksiyaçı alim və mütəxəssisləri tərəfindən yaradılmış pomidor, bibər, xiyar və kartof bitkilərinin yeni sortları təqdim olunub. Təqdim olunmuş tərəvəz və kartof sortları təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqlənir.

Yeni sortlar bir neçə parametr üzrə qiymətləndirilib. Belə ki, burada meyvələrin dad keyfiyyəti, əmtəəlik forması, biokimyəvi tərkibi və digər parametrlər əsas götürülüb. Qiymətləndirmə beş ballıq sistem üzrə aparılıb. Burada pomidorun 10, xiyarın 3, bibərin 2 və kartofun 6 yeni sortu təqdim olunub. Pomidor, xiyar və bibər sortlarının istixana şəraitində becərilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.