REGİONLAR


Yeni texnologiyanın tətbiq edildiyi nümunəvi tarlada yüksək məhsuldarlıq gözlənilir

Beyləqan, 10 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu il ilk dəfə olaraq Beyləqan rayonu Mil Təcrübə Stansiyasında pambığın innovativ texnologiya ilə becərilməsi həyata keçiriləcək. Pambıq ənənəvi üsuldan fərqli olaraq, tirəyə əkin üsulu ilə becəriləcək, damlama suvarma sistemi vasitəsilə suvarılacaq. Pambığın becərilməsində innovativ aqrotexniki tədbirlər həyata keçiriləcək. Məqsəd yeni texnologiyanı tətbiq etməklə pambığın məhsuldarlığını yüksəltməkdir. Yeni texnologiyanın tətbiq edildiyi nümunəvi tarlanın hər hektarından orta hesabla 50 sentnerdən yuxarı pambıq istehsal ediləcəyi gözlənilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pambığın becərilməsində yeni texnologiyanın tətbiq ediləcəyi Beyləqan rayonu Mil Təcrübə Stansiyasında Kənd Təsərrüfatı Nazirliyinin, pambıqçılıq şirkətlərinin nümayəndələrinin və pambıqçılıqla məşğul olan fermerlərin iştirakı ilə tarla günü keçirilib. Pambıq əkiləcək 7 hektar sahə lazer mala ilə səpinə hazırlanıb.

Məlumat verilib ki, ərazidə Türkiyədən gətirilmiş, həmçinin yerli pambıq sortları müasir texnologiyanın tətbiqi ilə becərilərək sınağı aparılacaq. Bölgə üçün müəyyənləşən məhsuldar pambıq sortları seçilərək toxumları emal ediləcək, qablaşdırılıb əkin üçün fermerlərə veriləcək.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.