MƏDƏNİYYƏT


Yeni videoçarxın mövzusu el çələngindən inci bayatılardı

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan şifahi xalq ədəbiyyatında lirik növün ən geniş yayılmış janrlarından biri olan bayatılar haqqında məlumat və videoçarx hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın “Facebook” və “Instagram” səhifəsində yerləşdirilib.

Xatırladaq ki, bayatı - Azərbaycan lirik xalq şeir janrıdır. Qafiyə sistemi “aaba” prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəklidir. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir.

Bayatılar təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. Bayatının mənşəcə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. Mövzuca rəngarəng olan bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilib, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli misralar söylənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.