Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Yeni yaradılan Şamaxı Safari Parkı ilə tanışlıq VİDEO

Şamaxı, 2 oktyabr, AZƏRTAC 

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. “Safari” sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, səyahət etmək, yolçuluq, gəzinti mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilib. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə “sakit ov” da adlandırırlar. Azərbaycanda da fotosafari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bununla bağlı məsələlər yer alıb. Strateji Yol Xəritəsində qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirərək, bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq. Yaradılacaq marşrutlar üzrə əlverişli fəaliyyət cədvəli tərtib ediləcək. Buraya milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi və işlənib hazırlanması üzrə də təkliflərin irəli sürülməsi daxildir. Təhlil nəticəsində məqsədəuyğun hesab edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl operatorlara da həvalə oluna bilər. Qeyd edək ki, sənəddə Şamaxı Safari Parkının yaradılacağı da qeyd olunmuşdu. Artıq Şamaxı Safari Parkı hazırdır.

Parkla tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyası məqsədilə 2014-cü ildə yaradılan “Azər Ekov” MMC qısa müddətdə bu istiqamətdə zəruri olan işləri görməyə başlayıb. “Azər Ekov” MMC ilk olaraq vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Bununla da “Azər Ekov” MMC bu assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb. IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı və s. ilə bağlı fikirlərini bölüşürlər. Bu assosiasiyanın tədbirlərində bərabərhüquqlu üzv kimi iştirak edərkən “Azər Ekov” MMC qarşısına beynəlxalq təcrübəni mənimsəmək, xarici mütəxəssislərin Azərbaycan təbiətinə marağını cəlb etmək kimi hədəflər qoyub.

Bildirildi ki, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Belə ki, 36 kilometr uzunluğunda enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Maral, lan və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunub. İnzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Yeni yaradılan Şamaxı Safari Parkı ilə tanışlıq VİDEO

Azərbaycan 56-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayı iki dəfədən çox artıb

Qəbələdə göldə batdığı ehtimal edilən şəxsin axtarışları davam edir

Naxçıvan karateçiləri “Arpaçay Open” turnirindən medallarla qayıdıblar

Media: Fransa və Britaniya Ukraynaya hərbçilər göndərməyi planlaşdırır

İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb

Ersan Ergür: Zəngəzur dəhlizi TDT və D-8-ə üzv dövlətlər ilə əlaqələrin inkişafına strateji töhfə verəcək - MÜSAHİBƏ

Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi Azərbaycana məxsus musiqi əsərlərinin hüquqlarının pozulması məsələsinə aydınlıq gətirəcək

Hərbi geyim formasının qanunla nəzərdə tutulmamış hallarda daşınmasına görə cərimələr artırılır

Qaradağ seçki dairəsi üzrə növbəti treninqlər təşkil olunub

Cahit Bağçı: Səfir kimi Azərbaycandakı fəaliyyətimi hər zaman qürurla xatırlayacağam

Qazaxıstanda qar fırtınası: 5 mindən çox insan təcrid şəraitindədir

İlkin hərbi qeydiyyatla bağlı cərimələr artırılır

Mbappe Çempionlar Liqasında ən çox qol vuran ikinci fransalı futbolçu olub

Qərbi Balkan ölkələrində havanın çirklənməsi Aİ üzvlüyü hədəflərinə zərər verir

“Bizi Qərbi Azərbaycana qaytaran tarixi yaddaşımız olacaq” - Hikmət Babaoğlu

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayıb

Qanunvericiliyə hərbi geyim formasını daşımaq hüququ ilə bağlı dəyişiklik edilir

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna hansı dəyişikliklər edilir?

“Naxçıvan Muxtar Respublikası: ictimai-tarixi proseslər və müasir dövr” - elmi konfrans

“Fənərbağça” futbolçusunu İngiltərə klubuna icarəyə verib

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik ediləcək

Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər saxlanılıb VİDEO

Mixail Qusmanın “Hakimiyyət formulu” müsahibələr toplusunun beşinci cildi çapdan çıxıb

Azərbaycanda 21 yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir

Sabah taksi sürücüləri üçün növbəti imtahan olacaq

Hacıqabulda avtomat, daraq və patronlar aşkarlanıb

Cinayət Məcəlləsində bir sıra dəyişikliklər ediləcək

Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq

Ova yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində icazə verilir

Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib

Malavidə ildırım vurması və fırtına səbəbindən ölənlərin sayı 31-ə çatıb

Psixi sağlamlıq sahəsi üzrə dövlət qurumlarına təkliflər veriləcək

Macarıstan məktəblərində partlayış təhlükəsi

Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medallarla bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edilib

Türkiyə eksperti: Qərbin Cənubi Qafqazda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədləri səmimi deyil

İran və Azərbaycan tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə razılaşıb

Gürcüstan hökuməti növbəti iki il üçün iqtisadi islahatlar proqramını Avropa Komissiyasına təqdim edib

PMS imtahanının II mərhələsində 1088 nəfər uğur qazanıb

Azərbaycanın və Pakistanın Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat imzalanıb

Çadlı tələbə: Azərbaycanın təhsil sistemində müstəqil tədqiqatlara daha çox önəm verilir

AMB və BVF maliyyə sektorunun inkişafı məsələlərini müzakirə edib

Rəy sorğusu: Cəmiyyətdə psixi sağlamlıq üzrə peşəkar yardım almaqla bağlı stereotiplər var

“OliverWyman Group” dünyanın müxtəlif regionlarında 5000-dən çox mütəxəssisi ilə ən yaxşı konsaltinq şirkətlərindəndir

Fransanın xarici ticarət naziri: Tramp Aİ ilə gömrük rüsumlarını artırarsa, cavab tədbirləri görüləcək

Biləsuvarda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Mütəxəssis: Pəhriz şəkərli diabet xəstələrinin müalicəsində ən önəmli amildir

Dövlət orqanlarında 512 vakant vəzifə üzrə ümumi müsahibə elan edilir

İrakli Kobaxidze: Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub

Azərbaycanda coğrafi məlumatlara dair yeni dövlət standartları qəbul edilib

“Qarabağ”ın sabiq futbolçusu dünyanın ən sərrast hücumçuları arasında

Çində dünyanın ilk uçan və su altında üzən dronu hazırlanıb

David Matikaşvili: Estoniyanın Gürcüstanın daxili işlərinə qarışmağa haqqı yoxdur

Baş prokuror Qaradağda vətəndaşları dinləyib

Metastazları erkən aşkarlayan çip hazırlanıb

Naxçıvanda "Maliyyə və mühasibat uçotu" təlimlərinin ilk sessiyası keçirilib

Zelenski Putinlə danışıqların mümkünlüyünü istisna etmir

Parlamentin İnsan hüquqları komitəsinin iclasında 3 məsələ müzakirə olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 451 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, Koordinasiya Şurasının iş Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Oğuz-Qəbələ-Şəki seçki dairəsində keçirilən maarifləndirici treninqlər başa çatıb

“Le Parisien”: Luvrun direktoru muzeyin qəzalı vəziyyətdə olmasından şikayətlənir

YAP Veteranlar Şurasının iclası keçirilib

Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə aşağı seçki komissiyalarının 300 üzvü treninqlərə cəlb edilib

AzMİU-nun yeni Monitorinq Mərkəzi strateji binaların təhlükəsizliyini təmin edəcək

“Tesla” Kanadada avtomobillərinin qiymətini xeyli qaldıracaq

Demans riskinin azaldılmasında antibiotik dərmanlarının mümkün təsiri araşdırılıb

Rütte: Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək

Milli Müdafiə Nazirliyi: Türkiyə gələcəkdə də Azərbaycanla birlikdə olacaq

Elm və təhsil nazirinin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Ekspert: İstedadlı tələbələrə təqaüd vermək özəl təşkilatların da marağında olmalıdır

“Mançester Siti” növbəti transferə hazırlaşır

NATO-nun Baş katibi Ukraynaya daha çox silah verməyə çağırıb

Nəsimi rayonunda yanvar ayında polisin əməliyyatları zamanı 16 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Bakıda yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunub

Türk Akademiyası ilə Türkiyə Palatalar və Birjalar Birliyi arasında əməkdaşlıq inkişaf etdirilir

“Fənərbağça” braziliyalı müdafiəçi ilə müqavilə imzalayıb

Robotlaşdırılmış dəniz tısbağası okeanı kəşf etməyə hazırdır

Ermənistan kəşfiyyatı ölkəyə xarici müdaxilə cəhdlərinin ola biləcəyini açıqlayıb

AFFA “Turan Tovuz”u böyük məbləğdə cərimələyib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib

Şəmkirdə məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir

Sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

İslamabadda Azərbaycan-Pakistan ikitərəfli siyasi məsləhətləşmələrinin dördüncü raundu keçirilir

“Mançester Siti” misirli futbolçunun keçidini açıqlayıb

Sumqayıt Tibb Mərkəzində ötən il 1 milyon 488 min müraciət qeydə alınıb

Abşeronda Nəbi Xəzrinin 100 illiyi qeyd edilib

Paris prokurorluğu Fransa daxili işlər nazirinin vaxtından əvvəl məlumat sızdırmasını pisləyib

Sumqayıtda “Mediasiya - yeni trendlər və gözləntilər” mövzusunda müzakirələr aparılıb

Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası olub

Sosial-iqtisadi inkişaf Strategiyası üzrə görülmüş işlərin icra vəziyyəti müzakirə edilir

Bosniya və Herseqovina Gimnastika Federasiyasının prezidenti: Azərbaycan gözəl ölkədir

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir

“YAŞAT” Fondunun dəstəyi ilə daha bir qazi əməliyyat olunub VİDEO

Media: İsrail daha dörd girovun azad ediləcəyinə əmindir

Tacikistan diplomatı: MDB çərçivəsində humanitar əməkdaşlığa xüsusi diqqət yetiriləcək

Türkiyədən Suriyaya təyyarə səfərləri başlayıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Səudiyyə Ərəbistanı ABŞ-la ticarət dövriyyəsini 600 milyard dollar artırmağı planlaşdırır

Qazaxıstan boks üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Ötən il İcbari Sığorta Bürosu tərəfindən 967 min manat kompensasiya ödənilib