CƏMİYYƏT


Yeni yaradılmış beynəlxalq platformada ölkəmizin səmərəli antikorrupsiya siyasəti barədə məlumat verilib

Bakı, 26 may, AZƏRTAC

Özbəkistanın Səmərqənd şəhərində BMT Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNOCD) tərəfindən yaradılmış “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” Şəbəkəsinin ikinci iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2019-cu ildə Pekində təşkil olunmuş İkinci “Bir Kəmər, Bir Yol - Beynəlxalq Əməkdaşlıq Forumu” zamanı irəli sürülən “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının icrasına dəstək məqsədilə region ölkələrində beynəlxalq infrastruktur layihələrinin korrupsiyadan azad iqtisadi mühitlərdə maneəsiz inkişafı və şəffaf nəzarət mexanizmlərinə malik milli təsisatların təşviqi çağırışlarına uyğun olaraq yaradılmış bir layihədir.

BMT nümayəndələri, habelə Türkiyə, Çin, İran, Albaniya, Qırğızıstan, Monqolustan, Özbəkistan və digər dövlətlərin təmsilçilərinin qatıldıqları tədbirdə ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil edib.

İclasda çıxış edən Azərbaycan Prokurorluğunun nümayəndəsi ölkəmizdə xarici sərmayədarların fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti və bu sahədə effektivliyin qarantı kimi formalaşdırılmış mütərəqqi hüquqi-institusional zəmin barədə ətraflı məlumat verib, aktual mövzu üzrə hüquq-mühafizə orqanlarının qabaqlayıcı fəaliyyətindən bəhs edib.

Şəbəkənin növbəti - 3-cü iclasının cari ilin iyununda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.