İQTİSADİYYAT


Yeni yaradılmış sığorta şirkəti Sığortaçılar Assosiasiyasına üzv olub

Bakı, 29 iyul, AZƏRTAC

Yerli sığorta bazarına yeni daxil olmuş həyat sığortası şirkəti olan “Meqa Həyat” Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzv olub.

ASA-dan AZƏRTAC-a bildirilib ki, yeni sığorta şirkətinin üzvlüyü assosiasiyanın Müşahidə Şurasının ötən gün keçirilən iclasında təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə 2021-ci ilin fevral ayının 19-da "Meqa Həyat” ASC-yə 5 il müddətinə lisenziya verilib. Bununla da, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 19-dan 20-yə, həyat sığortası şirkətlərinin sayı isə 4-dən 5-ə çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.