CƏMİYYƏT


“Yenidoğulmuşlarda tənəffüsə dəstək” kitabının təqdimatı olub

Bakı, 18 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Yenidoğulmuşlarda tənəffüsə dəstək” kitabının təqdimatı keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, türk dilindən Azərbaycan dilinə çevrilərək çap olunan kitabın nəşrində məqsəd Azərbaycan Tibb Universitetinin tələbələri, həkim, həkim-rezidentlərin ana dilində daha çox ədəbiyyat oxuya bilməsinə dəstək olmaqdır.

Ankara Tibb Universitetinin professorları Ömer Erdeve və Esin Koç təqdimat mərasiminə onlayn qoşularaq nəşri tibb işçiləri üçün əhəmiyyəti barədə danışıblar.

Səhiyyə Nazirliyinin baş neonatoloqu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulanların reanimasiyası şöbəsinin müdiri Rüstəm Hüseynov öz çıxışında neonatoloqların ağır vəziyyətdə olan xəstələrdə tənəffüs pozulması halları ilə tez-tez rastlaşdıqlarını və həmin hallarda onlara yardımçı olacağını vurğulayıblar.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı, Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Təranə Göyüşova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları Şəhla İsmayılova və Şəlalə Həsənova kitabda tənəffüsün fiziologiyası, tənəffüsə dəstək prinsiplərinin çox aydın tərzdə izah olunduğunu diqqətə çatdırıb və vəsaitin dəyəri haqqında bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.