İDMAN


Yeniyetmə atletlər arasında Bakı birinciliyi davam edir

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyi davam edir. Yarışlar Azərbaycan Atletika Federasiyasının (AAF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, yarışda səkkiz komandadan 100-dən çox atlet iştirak edir. Çempionatın ilk günündə oğlanlar arasında nüvəitələmə yarışında Furqan Bünyadov qalib adını qazanıb.

Oğlanlar arasında qaçış növləri üzrə yarışlarda Musa Həşimov (100 metr) və Seymur Nəcəfov (400 metr) birinci olublar. Qızların mübarizəsində isə İlahə Quliyeva (100 metr), Emilya İsgəndərova (400 metr) və Ləman İsfəndiyarov (400 metr sədlərlə qaçış) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çempionatın ikinci günündə atletlər 200 və 800 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, lövhə atma yarışlarında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışa mayın 6-da yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.